Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə 525.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 32.157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26.474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, aktiv xəstə sayı 5229 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7283, ötən müddət ərzində isə ümumilikdə 732.236 test aparılıb.