Fransa Səhiyyə naziri Jerome Salomon Fransa və Avropada koronavirusa yoluxmanın atması fonunda infeksiyaya qarşı ciddi mübarizə aparmayan ölkələrə xəbərdarlıq edib.
APA Reuters-ə istinadən xəbər verir ki, bunu Səhiyyə nazir Fransanın Mayenne bölgəsində keçirilən mətbuat konfransında deyib.
Bildirib ki, dünya miqyasında sözügedən virusun yayılması artıb: “Fransa və Avropada virusa yoluxmada çox açıq artım tendensiyası müşahidə edilməkdədir. Koronavirusa qarşı mübarizədə səyləri davam etdirmək lazımdır”.
Qeyd edək ki, Fransada COVID-19 infeksiyasına yoluxma 24 saat ərzində 1600-dən çox artaraq, may ayının sonundan bəri görünməyən səviyyəyə çatıb. Reanimasiya şöbələrində xəstələrin sayında da artım qeydə alınıb.