Yığıncaqda 10 ölkənin nümayəndə heyəti, Türkiyənin bir çox nazirləri, millət vəkilləri iştirak edəcəklər.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, görüş tarixi şəhərləri yenidən canlandırmaq və ticarət əlaqələrini artırmaq üçün nəzərdə tutulub. 9-11 noyabr tarixində dünyanın ən böyük muzeyi Zeuqma Muzeyi Mədəniyyət və Konqres Mərkəzində baş tutacaq toplantıda Türkiyə, Azərbaycan, Çin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğzıstan kimi ölkələrin nümayəndələri iştirak edəcək.