https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
29 Mart 2024
28 Mart 2024

Qurban Qurbanov: "Azarkeş yoxluğunu nə demək olduğunu tam hiss etdik"

Qurban Qurbanov: "Azarkeş yoxluğunu nə demək olduğunu tam hiss etdik"

"Çox vacib qələbə qazandıq. Uzun müddətdən sonra rəsmi oyunda qalib gəlmək xoşdur. Təəssüf ki, bu gün azarkeşlərimiz meydanda yox idilər. Azarkeş amilinin futbolda nə demək olduğunu tam hiss etdik".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Sileks"lə keçirilən oyundan (4:0) sonra mətbuat konfransında deyib.

- Maksim Medvedevin durumu necədir?

- Həkimlər sabah dəqiq deyəcəklər. Çox ciddi olduğunu düşünmürəm. Topuq nahiyəsi burxuldu. Ağrısı güclü olduğu üçün əvəzlədik.

- İlk hissədə bir qədər narazı idiniz. Konkret sizi nə qane etmirdi?

- Bu gün futbolçulardan ideal oyun gözləyə bilmərik. Amma lazımi anlarda tempi artırırdıq. Sürətdən daha çox, topla daha səliqəli oynamalı idilər. Onlardan bunu tələb etmişdim, edəcəyəm də. Amma bu qədər fasilədən sonra futbolçuların ən yaxşı oyununu göstərməsi mümkün deyil. Bu gün çox əziyyət çəkdilər. Hazırlaşdığımız hücumlar pis alınmadı, standart vəziyyətdən də pis oynamadıq.

- Növbəti mərhələdə hansı komandaya rəqib olmaq istərdiniz?

- Fərqi yoxdur. Hansı olsa, bizim üçün rəqibdir. Bugünkü səhvləri təkrarlamamalıyıq. Çünki növbəti mərhələyə adlayacaq komanda daha yaxşı formada olacaq.

- Bugünkü rəqibin gücü komandanın səhvlərini görməyə imkan verdi?

- Səhvlər var. Səhv elə bir elementdir ki, rəqibin güclü və ya zəif olmasının fərqi yoxdur. Futbolçu formadan, komanda ritmdən uzaq olanda səhvlər olur. Oyundan-oyuna bunları aradan qaldırmağa çalışacağıq. Elə səhvlərdir ki, çox az təkrarlayırıq və tezliklə aradan qaldıracağıq.

- Yeni transferlər gözləməyə dəyərmi?

- Pandemiyadan sonra transfer etmək daha da çətinləşib. İstənilən halda axtarışlarımız davam edir. Mütləq bir neçə transfer etmək istəyirik.

- Qapıçı seçimində həlledici məqam nə oldu?

- Şahruddin uzun müddətdir komandadadır. Emil bir ilə yaxın oynamadı. Bu gün belə qərar verdim. Amma onları ayırmıram. Qarşıdakı oyunlarda Emili də meydanda görə bilərik.

- Əcnəbi qapıçı transferi gündəmdədir?

- Bəli, gündəmdədir. Danışıqlar davam edir. Hətta iki qapıçı ilə danışıq uğurlu alınmadı.

- Növbəti oyun da evdə olacaq. Ot örtüyünün durumunu nəzərə alsaq, 2-ci mərhələ matçını ehtiyat arenada keçirə bilərsiniz?

- Açığı, oyundan əvvəl UEFA-ya bildirildi ki, bununla bağlı problem ola bilər. UEFA bildirdi ki, ilk oyunu burada oynamalısınız. Əgər icazə versələr, növbəti görüşü "Azersun Arena"da keçirə bilərik. Bəlkə 10-15 gündən sonra meydança düzəldi. Amma yenə də müraciət etməyi götür-qoy etmişik.

- Yay fasiləsində komandadan gedənlər oldu. Bu gün ən çox kimin yoxluğunu hiss etdiniz?

- Mənim üçün futbolçulardan ayrılmaq asan deyil. Xüsusən də, 3-5 il burada oynayanlarla. Məcburuq yeni oyunçular gətirək. Çalışırıq özlərini sərbəst göstərsinlər. Kim gedirsə, hər birini burada görmək istərdim. Amma futbolda dəyişikliklər mütləq olmalıdır, kimsə getməlidir. Bir neçə oyunçu var ki, onlarla hər bir məşqçi işləmək istərdi.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.