https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
https://525.az/img/pics/medium/2023-05/270325_t1f5o7k6ww.jpg Dərketmənin əzabından xilas yolları - Şəfa Vəli yazır
https://525.az/img/pics/medium/2024-04/310470_wp4kosgbml.jpg Torpağı tanıyanlar və tanıdanlar... - Nadir Yalçın yazır
https://525.az/img/pics/medium/2024-04/310356_hm8wt1knq6.jpg "Gürcü arzusu"nun israrı
search
18 Aprel 2024

Qvardiola Messi ilə görüşəcək

Qvardiola Messi ilə görüşəcək

İngiltərənin "Maçester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola İspaniyanın Barselona şəhərindədir.

"Report" "Jugones" nəşrinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis "Barselona"nın ulduz futbolçusu Lionel Messinin gələcək karyerasını müzakirə etmək üçün onunla görüşməyə razılıq verib.

"Mançester Siti" Lionel Messinin transferində əsas namizəd hesab edilir. Kataloniya təmsilçisi 33 yaşlı hücumçunu buraxmaq niyyətində deyil, klub onu ən azı 700 milyon avro qarşılığında satmağı planlaşdırır.

Qeyd edək ki, Lionel Messi "Barselona"dan ayrılmaq istəyir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb. Xosep Qvardiola 2008 - 2012-ci illərdə "Barselona"nın baş məşqçisi olub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.