https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg Sabirin təyyarəyə mindirmək istədiyi adamlar - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
search
24 Aprel 2024

Azərbaycan Dərbənddə Olimpiya Kompleksi tikəcək

Azərbaycan Dərbənddə Olimpiya Kompleksi tikəcək
Azərbaycan Dərbənddə Olimpiya Kompleksi tikəcək.

"Azərbaycan tərəfi Dağıstana sərmayə yatırmağa hazırdır. Artıq indi Azərbaycan hökumətində Dərbənddə Olimpiya Kompleksinin inşa edilməsinə, Cümə məscidinin yenidən qurulmasına hazırlıq getdiyi bildirilir". Bunu Dağıstan Respublikasının Xalq Məclisinin sədri Xizri Şıxsaidov iqtisadi və humanitar sahələrdə Azərbaycan-Dağıstan hökumətlərarası komissiyasının Dağıstan tərəfinin iclasında bildirib. Trend-in məlumatına görə, xəbəri "RİA Dağıstan" yayıb.

Bu komissiya Dağıstan rəhbəri Ramazan Abdulatipovun Azərbaycana rəsmi səfərinin yekunları üzrə yaradılıb.

Şıxsaidov onu da bildirib ki, yaxın günlərdə hökumətlərarası komissiyanın üzvlərinin Azərbaycana işçi səfəri planlaşdırılıb.

İclasda Dağıstanın Azərbaycan tərəfinə sərmayə qoyulması üçün təqdim edə biləcəyi təkliflər paketi müzakirə olunub. Həmçinin söhbət Dağıstanda konserv zavodunun, logistika mərkəzinin, kaşı plitələrin və sanitar texniki ləvazimatların istehsalı zavodunun, sement zavodunun və digərlərinin inşasından gedir.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.