https://525.az/img/pics/medium/2024-04/311276_uky9bje22g.jpg "Şeirin taleyi haqqında son hökm oxucunundur..."
https://525.az/img/pics/medium/2024-04/311281_jxbis1b4yu.jpg Azərbaycanın təhsil sistemi milli təhlükəsizlik kontekstində
https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg Minnətdarlıq duyğusu - Qəzənfər Paşayev yazı
https://525.az/../img/pics/medium/183694_o0qrzhrfjf.jpg Bu dünyada biz də varıq - Fidan Malik yazır
search
25 Aprel 2024

Azərbaycan İdman Könüllülərinin 1-ci Forumu oldu

Azərbaycan İdman Könüllülərinin 1-ci Forumu oldu

Azərbaycan İdman Könüllülərinin 1-ci Forumu keçirilib.

Forumun açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə,  Milli Məclisinin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Milli Məclisin deputatları Könül Nurullayeva, Müşviq Cəfərov və Vüqar İskəndərov iştirak ediblər.

Forumda bildirilib ki, bu ilin Prezident İlham Əliyev tərəfindən "Könüllülər ili" elan olunması və məhz forumun bu dönəmdə gerçəkləşdirilməsi mühüm, eyni zamanda, təqdirəlayiq haldır.

Azad Rəhimov deyib ki, Azərbayacanda idman könüllülüyünün tarixi olduqca gəncdir. "İlk Avropa Oyunları, Formula-1 yarışlarının Bakı mərhələsi, IV İslam Həmrəyliyi oyunları, Avropa Gənclərinin Olimpiya Festivalı, eyni zamanda, ölkəmizdə müxtəlif idman növləri üzrə keçirilən dünya və Avropa çempionatları, beynəlxalq turnirlərin aparıcı qüvvələrindən biri daim könüllülər olub. Könüllülərin bilik və bacarıqlarının artırılması məqsədi ilə ölkəmizə bu sahədə çox böyük təcrübə və bacarıqlara malik beynəlxalq mütəxəssislər cəlb edildi. Bu gün ölkəmizdə kifayət qədər böyük könüllülük təcrübəsinə malik vətənpərvər, istedadlı və yardımsevər gənclərimiz var".

Çıxışçılar qeyd ediblər ki, qısa zaman ərzində fəaliyyət göstərən "Azərbaycan İdman Könüllüləri" ictimai birliyinin həyata keçirdiyi layihələr ölkədə vahid könüllülük bazasının formalaşdırılması və təkmilləşdirilməsinə yönəlib. Belə ki, təşkilat Gənclər və İdman Nazirliyinin idman strukturları ilə əlaqələr yaradıb, bir sıra idman federasiyaları ilə birgə layihələr həyata keçirib, təhsil müəssisələrində təhsil alan gənclərin idman könüllüsü kimi cəlb olunması ilə bağlı ciddi addımlar atıblar.

Forumda könüllülüyün vahid mərkəzdən idarə olunması, təcrübə keçdikcə onlara müəyyən dərəcələrin verilməsi və digər təkliflər səsləndirilib.

S.QARAYEVA

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.