Qırğızıstanın populyar Literatura.kg ("Ədəbiyyat") ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun "Uötnoe mesto v skvere" ("Bağçada rahat yer") hekayəsinin yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, əsər "Yaxın xarici ölkələrdə ədəbiyyat - Azərbaycan" adlı xüsusi bölməyə yerləşdirilib.
Qeyd edək ki, "Yaxın xarici ölkələrdə ədəbiyyat" bölməsi mütəmadi olaraq səhifələrində Rusiya, Belarus, Ukrayna, Özbəkistan, Tacikistan və digər ölkələrin aparıcı ədəbiyyatlarına yer ayırır.