https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg Sabirin təyyarəyə mindirmək istədiyi adamlar - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
search
24 Aprel 2024

"Molde"nin ədalətsizliyi bizi məyus edir" - Tahir Gözəl

"Molde"nin ədalətsizliyi bizi məyus edir" -  Tahir Gözəl

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" Bakıda Norveç təmsilçisi "Molde"ni qəbul etməli olsa da, qarşı tərəf  COVİD-19 pandemiyasını bəhanə gətirərək Azərbaycana gəlməkdən boyu qaçırır.  "Molde"nin ölkəyə qayıtdığı zaman dövlətin müvafiq qurumları tərəfindən 10 gün karantində saxlama durumu səbəbindən ölkəmizə gəlməkdən çəkinməsi oyunun təyinatıyla bağlı yubanma yaradıb.

Qol.az-ın xəbərinə görə, "Qarabağ"ın prezidenti Tahir Gözəl baş verən hadisəni klubun saytına dəyərləndirib.

O deyib: 

"Hazırda yaranmış vəziyyət həqiqətən çox üzücüdür. Norveç  tərəfinin bu ədalətsizliyi bizi həqiqətən məyus edir. Bu məsələdə "Qarabağ"  tərəfi sonuna qədər haqlı olsa da, UEFA Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydançada keçirilməsinə yönəlib. Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq. Əgər püşk bizi Norveçdə oynamağa göndərsəydi, məmnuniyyətlə ora gedərdik. Amma görünən odu ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən imtina edərək neytral meydanda oynamaq istəyir. Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik. AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qarşılaşmanın üçüncü ölkədə keçirilməsi haqqında qərar verilsə, orada oynamağa razılıq verəcəyik. Buna səbəb bizim futbolu bir idman, bu oyunun masa arxasında deyil, yaşıl meydanda olan bir oyun kimi görməyimizdir. Mən komandama inanıram və bu qarşılaşmanın yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olursa-olsun, komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəm".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.