Dünən Bakıda idarələrdən birində ölüm hadisəsi baş verib.
Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən Dövlət Neft Şirkəti, Neft-Qaz Tikinti Trestinin Xüsusi Texnika İdarəsinin əməkdaşı, 1958-ci il təvəllüdlü Məhərrəmov Tofiq İsa oğlu iş başında ölüb. Onun ölüm səbəbi hələlik dəqiq bilinmir.
Fakt üzrə araşdırmalar aparılır.