|
|
|
|
Oktyabrın 23-də Moskvada Rusiyadakı Azərbaycan və Ermənistan diaspor rəhbərlərinin görüşü keçiriləcək.
APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə Ümumdünya Erməni Konqresinin rəhbəri Ara Abramyan qurumun İrəvanda keçirilən qurultayında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu görüş Ermənistanla Azərbaycan arasında mövcud gərginliyi azaltmağa hesablanıb.
Ümumrusiya Azərbaycan Konqresindən isə bu görüş haqqında heç bir məlumata malik olmadıqlarını bildiriblər.