|
|
|
|
“Xəstəliyin daha ciddi həll yolu olan, ölkəmizin vaksinasiyanı daha erkən tətbiq edən ölkələr sırasında olması ilə bağlı tədbirlər görülür”.
Bunu Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olumuş iclasında TƏBİB-in sədri Ramin Byaramlı deyib. O bildirib ki, vaksinlərin əldə edilməsi ilə bağlı qarşıda 2 yol var:
“Bunlardan biri ikitərəfli, digəri isə çoxtərəfli platformada danışıqların aparılmasıdır. Hər iki istiqamətdə tədbirlər görülür”.
R.Bayramlı qeyd edib ki, sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb.