Əsgər
gedə bilsin deyə, oğlunun gözlərini əməliyyat etdirən vətənpərvər qadın - dəyərli türk şairəsi Hasibə Kayanın 60-cı doğum gününə!Ötən
ilin sonlarında, daha dəqiq desəm, 2013-cü il dekabr ayının 11-də mən və Balkan Aydınları və Yazarlar Birliyi başqanı Osman Baymak Çanaqqala 18 mart universitetində keçirilən "Azərbaycandan Kosovaya. Türkiyə dışında çağdaş türk ədəbiyyatları" konfransına dəvət almışdıq.Universitetin
Türk dili və ədəbiyyatı fakültəsi tərəfindən təşkil olunmuş konfrans, Rektör Yardımcısı professor Ramazan Gülendamın, professor Məmməd İsmayılın, universitetin müəllim və tələbələrinin, eləcə də dəvətli qonaqların iştirakı ilə Troia Mədəniyyət Mərkəzində keçirildi.Həmin
vaxtlar, Çanaqqalada həm də V Beynəlxalq Şeir Axşamları və Beynəlxalq kitab yarmarkası təşkil olunmuşdu. Yarmarkada, istedadlı şair, yazıçı Mustafa Berçinin rəhbərlik etdiyi Akademi Şiir Ailəsi tərəfindən mənim Türkiyədə nəfis şəkildə çap edilmiş "Dostlarım bana da bahar göndərin" adlı kitabımın imza günü də planlaşdırılmışdı. Bütün bunlarla bərabər, önəmli olanı o idi ki, bir həftə davam edəcək ezamiyyətim ərzində köhnə əziz dostlarımla görüşəcək, ədəbi söhbətlər edəcək və ikinci Bakım dediyim gözəlim Çanaqqalanın füsunkarlığından bir daha həzz alacaqdım.Amma
sən demə qarşıda məni daha gözəl hadisələr də gözləyirmiş...Ümumiyyətlə
, qarşıma çıxardığı sədaqətli və dürüst dostlara görə, hər zaman bəxtimdən razı qalmışam. Məncə, sağlam əqidəli, sadə və ziyalı insanlarla əhatə olunmaqdan böyük səadət yoxdur.Bu
dəfə də tale məni dünyanın müxtəlif yerlərindən olan çox gözəl insanlara rast gətirəcək və aramızda illərin dostluğu qədər isti və səmimi münasibətlər yaranacaqdı. Azərbaycanda çoxsağlı dostları olan, Bakını və İstanbulu dünyanın ən gözəl iki şəhəri adlandıran professor Harid Fədai (Kıbrıs), Türk dilinə ömrünün 40 ilini sərf etmiş Arslan Bayır (Antaliya), Azərbaycan sevdalısı aşıq Temel Turabi (Bursa), Türkiyənin tanınmış şairi İsmayıl Tıkıroğlu (İzmir), ilk mini kitabın müəllifi və yaradıcısı Ümit Yaşar İşıkhan, incə ruhlu iki şairə: Öznur Keçici Demirel, Hasibə Kaya da və başqalarıBudəfəki
söhbətim də elə Hasibə Kaya haqda olacaq.Hasibə
Kaya - şair, müəllim, radio aparıcıTürkiyə
Akademi Şeir ailəsinin üzvü.1954-
cü ildə Çanaqqalanın Çan şəhərində Asmalı deyilən qəsəbədə dünyaya gəlmişdir. Çan şəhərində orta məktəbi, sonra isə Edirnədə müəllimlik məktəbini bitirmişdir.1972-
ci ildən Çanakkalada orta məktəblərdə, ən son "Kepez Mehmet Akif Ersoy" adına ibtidai məktəbdə müəllimə işləmişdir. Bunlarla yanaşı, "Radyo Işıl Fm net" radiosunda aparıcı kimi çalışmışdır.Əbəbiyyatı
və poeziyanı, oxuduğu orta məktəbin ədəbiyyat müəllimi - şair Erdal Sezginin sayəsində sevmişdir.Həyatının
mənası və dayağı hesab etdiyi iki oğlu və iki nəvəsi var.Çoxs
aylı şeirlərin və hekayələrin müəllifidir.Hazırda
təqaüdçüdür.İlk
görüşümüzdən öz istiqanlılığı və təbiiliyi ilə məni valeh edən Hasibə xanım, həm gözəl şeirlər müəllifi, həm də gözəl nitq ustasıdır. Bənzərsiz səsi və şeir oxuma qabiliyyətinə görə uzun illər yerli radioda aparıcı kimi fəailyyət göstərmişdir. Müəllimliyi isə hər şeydən üstün bir sənət hesab etmişdir. "Türk balalarına ədəbiyyat sevgisini aşılamaq - onları kobudluqdan, yalandan və pis hərəkətlərdən qorumaq deməkdir" - deyən şairə, ömrünü sevimli işinə həsr etdiyi üçün özünü indi də çox xoşbəxt sanır.Bu
incə, sərif və gözəl xanımın daxili aləmi də xarici görünüşü ilə həmahəng idi. Altmış illik yubileyini qeyd edəcək Hasibə xanıma 45-dən artıq yaş vermək olmazdı. Gənclərə olan rəğbəti, yeniliyi sevmək və qavramaq bacarığı, dəbin damarını tutmaq istedadıyla məni heyrətdə qoyan bu şən və şaqraq gülüşlü insanın yanında, özümü ondan daha dolğun və təmkinli hiss edirdim.Lakin
məni bu xanıma bağlayan və onunla iltifat qurmağıma səbəb yalnızca ədəbiyyata, şeirə sevgisi deyil, həm də Vətən eşqilə döyünən böyük ürəyi idi...Şeir
axşamlarından birində (Lapseki, Çardaq) mən çıxış edərkən, Qarabağ uğrunda şəhid olmuş Vətən övladlarımızı anaraq belə demişdim: "Kaş bizim də şəhid oğullarımızın ruhu Çanaqqala şəhidlərinin ruhu kimi rahat və hüzurlu olaydı. Çanaqqala şəhidlərinin uğrunda qurban getdikləri torpaqda indi onların övladları, Türk soyundan olan bacı-qardaşları gəzib dolaşır. Bizim şəhidlərin qanı hopmuş torpaqlar isə hələ də namərd düşmən tapdağı altında əzilməkdədir. Yalnızca insan qərib olmur, Vətən torpaqları da - düşmən əlindədirsə - qəriblikdədir demək!"Bu
sözlər Hasibə xanımı kövrəltmişdi. Görüşdən sonra, məni qucaqlayaraq dedi:"Əzizim, Qarabağ təkcə Azərbaycanın deyil, Türkiyəninin də ürək yarasıdır. Neçə ki, Azərbaycanın göz yaşı qurumayıb biz də rahat uyuya bilmərik. Sizin qəlbiniz sızlayarkən, bizim də qəlbimiz rahatlıq tapmaz. İnanıram ki,bir gün mütləq işğal olunmuş torpaqlarınızı geri alacaqsınız!"Hasibə
xanımın sözləri bir öyüd və çağırış dəyərində idi. O qürurla danışır, mən isə onun dediklərini ruhuma çəkirdim: "Düzdür, analar müqəddəsdir, hamı öz həyata gəlişinə görə Anaya borcludur. Amma anaların da borcu var. Analar da oğulları qədər Vətənə borcludurlar. Böyütdükləri oğulların Vətəni nə qədər sevməsi, onu necə qoruması məsuliyyəti Anaların çiynindədir. Mənim bir oğlumun gözləri çox zəif idi, eynəklə belə yaxşı görmürdü. Əsgər getməməsi üçün kağız verəcəkdilər. Mənsə bilirsinizmi nə etdim? Maşınımı satdım, oğlumun gözlərini əməliyyat etdirdim və ona sağlam olması haqda arayış aldım. "Ya öləcək, ya dönəcək, amma Vətəni qorumağa gedəcək!" - dedim. Getdi, Türkiyənin boranlı-sazaqlı bir diyarında əsgərliyini çəkdi. Oraya Tunceli Hozat deyərlər, qışda 1-2 m qalınlığında qar yağar, şaxta qılınc kimi kəsər. Oğlumun əsgər olduğu müddətdə gecələri yatmadım, saatlarla Allaha dualar etdim. Amma əsl Türk qadını kimi bir şeyi düşünürdüm: "O vətənin əsgəridir!" Şükürlər olsun ki, sağ-salim qayıtdı..."Belə
qadınları, anaları olan Vətən əlbəttə basılmaz olacaq. Bu məğrur Türk anası danışdıqca, düşünürdüm: "Bəs mənimçün Vətən nədir?Vətən
- mənim və şeirlərimin canıdır! Onun həsrətidir məni şair edən. Sevdiyim, bacardığım qədər hər kəsə sevdirməyə və tanıtmağa çalışdığım həsrət qarışıq sevdamdır o mənim...Vətən, onu sevən insan üçün, hər zaman gözəldir. İstər qoynunda yaşa, istərsə də uzaqda. İstər varlı ol, istər kasıb. İstər varlı olsun, istər kasıb.Vətən - Vətəndir!Bəs
Ana kimdir?Ana
o kəsdir ki, kiçik bir insan gətirir dünyaya və onu saxlamağı öhdəsinə götürür. Buna görə də ana - Yaradandır!Heç
bir mənfəət güdmədən bu vəzifəsini yerinə yetirmək üçün səy göstərir. Çəkdiyi əziyyətlərin qarşılığında heç nə istəmir. Övladını həmişə qoruyur və ona xeyir arzulayır. Buna görə də, ana - Mələkdir.Analıq
qadını gündən-günə ucaldan bir hissdir. Ananın səhvi nəslin və cəmiyyətin qüsuruna səbəb olur. Əksinə, onun öz vəzifəsinə düzgün riayət etməsi xeyrxah bir cəmiyyətin yaranmasına zəmin yaradır. O, insan böyüdür, xəstələnərkən sağaldır, oxudur, ədəb verir, tərbiyələndirir, əxlaq öyrədir. Buna görə də ana - Müəllim, Tərbiyəçi, həm də Həkimdir.Ana
olmaq o qədər məsuliyyətli bir işdir ki! O, başqalarını tərbiyə etməzdən əvvəl gərək özünü tərbiyə etsin, özü xoşbəxt olmasa da, övladını xoşbəxt etməyi bacarsın! Qadın hamiləlik dövründən ta uşaq dünyaya gələnədək, süd verdiyi dövrdən övladın süddən kəsildiyi dövrə qədər Allah yolunda cihad etmiş hesab olunur. Əgər bu müddətdə ölsə - Şəhiddir ana.Bizim
İbad Hüseynovları, Mübariz İbrahimovları, Ramil Səfərovları doğub böyüdən, südüylə birgə Vətən eşqi əmizdirən, torpaq sevgili, kişi qeyrətli Analarımız var. Elə oğulları yalnız özünü Vətənə borclu bilən analar dünyaya gətirə bilər və belə anaların oğlu - igid olar, ər olar!Ana
borcu - Vətən borcu deməkdir. Və biz hamımız Vətənə borcluyuq, çünki ən böyük Ana - odur!Bir
Türk şairinin, anasının, qadının misalında beləcə müqəddəs anaları xatırlayası, düşünəsi oldum. Bu gəzişmələrimin səbəbkarı isə Hasibə Kaya idi....
Ondan, illərin dostu kimi ayrıldıq... Öz əliylə toxuduğu yun hörgüləri mənə verib "Qoy bunlar səni qışın soyuğunda isitsin. Baharda görüşmək üzərə!" - deyərkən boynuma sarılan rəfiqəm göz yaşlarını gizləyə bilmədi. Mən də kövrəldim. Ayrılıq - heç zaman öyrəşə bilməyəcəyim bir şeydir... amma bahara nə qaldı ki..Sözlərimi
Hasibə Kayanın ana dilimizə uyğunlaşdırdığım şeirlərdən birilə bitirirəm.AYRILIQ
O
səni düşünmək ki var,Səni
düşünmək... uzun gecələri,Qaranlıqlara
sarılmaq,Sən
deyə qucaqlamaq kölgələri...O
səni gözləmək ki var,Sabahlaradək
yuxusuz gözləmək,Ayaq
səslərini, qapı qıcırtılarınıMin dəfə dinləyib, min dəfə
ölmək...O
səni gizləmək ki var,Quşlardan
, çiçəklərdən belə qısqanmaq,Sevərək
, səni sevərəkKüləkdən
, yağışdan bu eşqə sığınıb saxlanmaq...O
sənsiz darıxmaq ki var,Tellərindən
, dodaqlarından ötrü darıxmaq,Yenə
də əl-ələ bərabər olmaq,Mavi
gözlərinə doya-doya baxmaq......
Və səndən ayrılmaq ki var,Yenicə
tapmışkən itirmək,Çağırsam
da duymaz olduğun zamanlarTənha
günləri ard-arda ötürmək...Bax
, onlardır məni yaxan, yıxan və solduran.Sevgi
bitdiyində,Yalnızca
Ayrılıqla baş-başa qalır insan...