https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

FİFA və AFFA prezidentlərinin görüşü oldu

FİFA və AFFA prezidentlərinin görüşü oldu

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

525.az-ın AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, son dövrlərdə Azərbaycanda futbolun inkişafı məqsədilə həyata keçirilmiş tədbirlər barədə FIFA rəhbərliyinə ətraflı məlumat verilib, Bakıda inşası davam edən, 65 min azarkeş tutumuna malik olacaq Olimpiya stadionunun tikinti prosesini əks etdirən videoçarx nümayiş olunub, geniş fikir mübadiləsi aparılıb. Yozef Blatter görülən işlərdən razılığını bildirib, Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycanda qadın idmanının inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək AFFA-nı “Qadın və İdman” diplomu ilə təltif etməsi münasibətilə AFFA-nı təbrik edib, həyata keçirilən tədbirlərin ölkəmizdə futbolun inkişafına böyük təkan verəcəyinə inandığını deyib.

Görüşdə FIFA-nın Avropa üzrə inkişaf meneceri Eva Pasquier və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.