|
|
|
|
Suriya məsələsi ilə əlaqədar Türkiyə və İran arasında münasibətlər gərginləşib. 525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda təşkil olunan zirvə toplantısına qatılan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Mahmud Əhmədinejad bir-biri ilə görüşməyiblər.
Qeyd edək ki, tərəflər sonuncu dəfə Tehranda görüşüblər. Ancaq bu gün qonaqların şərəfinə verilən ziyafət masasında liderlərin bir araya gələcəyi gözlənilir.
Bu soyuqluq tərəflər arasında gərginliyin artmasını bir daha təsdiqləyib. Türkiyənin baş naziri İlham Əliyevlə təkbətək görüşündən sonra Tacikistan, Əfqanıstan və Pakistan prezidentləri ilə də görüşəcək.
Nigar Məhərrəm