Fevral
ayının 7-10-u arasında İtaliyanın Milan şəhərində Cüzeppe Verdi Konservatoriyasının professoru Davide Qualtleri tərəfindən hazırlanmış, Azərbaycan şairlərinin şeirlər kitabının təqdimatı keçiriləcək. Təqdim edilən şeirlər əsasən Qarabağ mövzusundadır. Hər şeir Azərbaycan dilində olduğu kimi çap edilib, italyan dilinə tərcüməsi də verilib. Şeirlərin bir çoxuna italyan bəstəkarları tərəfindən musiqi bəstələnib. 2013-cü ildə kitabın hazırlanması ilə birbaşa məşğul olan italyan həmkarlarımız iki dəfə Azərbaycanda olublar. Bir dəfə də kiçik bir heyətlə biz Milan Konservatoriyasında müəllim və tələbə heyəti ilə görüş keçirmişik. Hazırlanan kitabdakı şeirlərdən nümunələr səsləndirmişik. Əlbət ki, kitab haqqında geniş məlumatı İtaliyadakı təqdimatdan qayıdandan sonra oxuculara təqdim edəcəyik.Bu
münasibətlə dahi bəstəkar Cüzeppe Verdiyə həsr etdiyim bir şeiri oxuculara təqdim edirəm. Məlum faktdır ki, indi Cüzeppe Verdi adını daşıyan məşhur konservatoriyaya oxumağa onun özünü qəbul etməyiblər. Deyiblər, bu oğlanın barmaqları gödəkdir, ondan musiqiçi olmaz.CÜZEPPE
VERDİO
zamanlar mafiyanın