|
|
|
|
Millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdən narazılıq edib. Modern.az xəbər verir ki, sözügedən qanun layihəsinin tez-tez dəyişdirilməsini yersiz hesab edən deputat bildirib ki, bu məsələlərin yenidən işlənməsinə ehtiyac yaranıb.
“İnzibati Xətalar Məcəlləsini aşsüzənə döndərmişik. Kim hansı qanun layihəsi ilə bağlı nəsə bilmək istəsə, sənədi dəyişdiririk”, - deyən S.Novruzov bildirib ki, parlament rəhbərliyinin iştirakı ilə İnzibai Xətalar Məcəlləsinin yenidən dərc olunmasına ehtiyac yaranıb.