Quba-Qusar yolunun 7-ci km-də qəzalı vəziyyətə düşən körpünün yerində inşa olunan müasir körpüdə artıq 2 dayağın təməli, 1 dayağın isə gövdəsi betonlanıb.
525.az-ın "Azəryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, körpünün tikintisi sürətlə davam etdirilir. Uzunluğu 42 m, qabariti 11,5 m nəzərdə tutulan körpüdə piyadaların gediş-gəlişi üçün eni 1 m olan səkilər də olacaq.
Yaxın aylarda istifadəyə verilməsi gözlənilən körpünün ətrafında nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti yol salınıb.