https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
https://525.az/img/pics/medium/2024-04/310612_wmh02p1qw2.jpg Göydəki kişi bilər, ona min şükür...
search
19 Aprel 2024

UEFA Avropa çempionatı üçün ölkələrə vaxt verdi

UEFA Avropa çempionatı üçün ölkələrə vaxt verdi

UEFA 21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsini qəbul edəcək 3-cü ölkənin axtarışına çıxıb.

Apasport.az saytının məlumatına görə, D qrupunun oyunlarını qəbul edəcək ölkənin adı hələ də müəyyənləşməyib.

Bu dəfəki final mərhələsi iki hissədən ibarət olacaq. Martın 24-31-də qrup oyunları təşkil ediləcək. A və C qruplarında oyunlarına Macarıstan, B qrupuna isə Sloveniya ev sahibi olacaq. Sonuncuların D qrupunun görüşlərini qəbul etməsini mümkünsüz sayan UEFA bu matçlar üçün yer axtarmağı lazım bilib.

Qitə futbol qurumu bu görüşləri qəbul etməkdə maraqlı olan bütün ölkələrə vaxt verib. Onlar oktyabrın 30-u Bakı vaxtı ilə saat 19:00-dək niyyətlərini təsdiqləməlidir. UEFA-nı qane edəcək müraciət olmasa, Sloveniya variantının özü də qüvvədə qalacaq.

Qeyd edək ki, final mərhələsinin  1/4, 1/2 və final qarşılaşmaları mayın 31-dən iyunun 6-dək Macarıstanla Sloveniyada keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.