Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova TBMM Sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
APA-nın məlumatına görə, əvvəlcə Milli Məclisin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop arasında təkbətək görüş keçirilib.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.