“Beynəlxalq humanitar hüquq hərbi və mülki obyektlər arasında fərq qoyulmasını tələb edir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, lakin Ermənistan tərəfinin addımlarında bu fərq görülmür:
“Beynəlxalq humanitar hüquqa əsasən, hərbi hücumlar təkcə hərbi obyektlərə və orduya qarşı həyata keçirilə bilər. Bu qanunla bütün dinc sakinlər müdafiə olunur. O ana qədər ki, bu dinc sakinlər birbaşa döyüşlərdə iştirak edir. Bu, həmçinin, şəhərlərin, kəndlərin, evlərin və digər mülki obyektlərin bombardman edilməsi və digər vasitələrlə dağıdılmasını qadağan edir”.