Fevralın 7-dın 10-dək İtaliyanın Milan şəhərində Cüzeppe Verdi Konservatoriyasının professoru Davide Qualtleri tərəfindən hazırlanmış, Azərbaycan şairlərinin şeirlər kitabının təqdimatı keçiriləcək. Təqdim edilən şeirlər, əsasən Qarabağ mövzusundadır. Hər şeir Azərbaycan dilində olduğu kimi çap edilib, italyan dilinə tərcüməsi də verilib. Şeirlərin bir çoxuna italyan bəstəkarları tərəfindən musiqi bəstələnib. 2013-cü ildə kitabın hazırlanması ilə birbaşa məşğul olan italyan yazarlar iki dəfə Azərbaycanda olublar. Bir dəfə də kiçik bir heyətlə Azərbaycanın qələm adamları Milan Konservatoriyasında müəllim və tələbələrin görüşünə gediblər, hazırlanan kitabdakı şeirlərdən nümunələr səsləndirilib. Kitab haqqında geniş məlumatı İtaliyadakı təqdimatdan sonra oxuculara təqdim edəcəyik.
FİRƏNGİZ