https://525.az/img/pics/medium/2024-04/310940_g7iz93metw.jpg Tariximizdən bir yarpaq: İrəvan xanı Hüseynəli xanın naxçıvanlılara məktubu
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/310967_lsdo93d0o6.jpg “525-ci qəzet”in 23 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/309185_chrxwtr5q2.jpg Döyüş nə vaxt başladı? - Rəvan Cavid yazır
search
23 Aprel 2024
22 Aprel 2024

"Azərsu" ASC "Əsgərə məktub" layihəsinə qoşuldu

"Azərsu" ASC "Əsgərə məktub" layihəsinə  qoşuldu

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin kollektivi ordumuzun döyüş əzminin daha da artırılması və hərbi qulluqçulara mənəvi dəstək məqsədilə "ASAN Könüllüləri" Təşkilatının keçirdiyi "Əsgərə məktub" layihəsinə  qoşulub.

"Qarabağda zəfər çalır ordumuz, su çilərik, cana gələr yurdumuz!" devizi altında yazılan əsgər məktublarında Azərbaycan ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı döyüşlərdən fəxrlə bəhs edilib.

Qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə qazandığı zəfərlər böyük ruh yüksəkliyi ilə qarşılanır. Ərazilərimizin işğaldan azad edilməsi barədə cəbhədən gələn xoş xəbərlər qələbə gününün uzaqda olmadığından xəbər verir.

Məktublarda müzəffər ordumuzun tezliklə üçrəngli bayrağımızı işğal olunmuş ərazilərimizin hər bir guşəsində dalğalandıracağına ümidlər ifadə olunub. Cəmiyyətin əməkdaşları azğın düşmənə qarşı göstərdikləri şücaətə görə əsgərlərimizə minnətdarlıqlarını bildiriblər.

Vətəndaşlarımızın döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanladıqları məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və belə tədbirlər xalq-ordu birliyinin təcəssümü kimi ifadə olunur.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.