../img/pics/medium/177129_vdyx5iazu0.jpg "525-ci qəzet"in 27 noyabr sayında nələr var? - ANONS
../img/pics/medium/177099_r4ax9vlpbk.jpg Günay Yermarqızı efirdə Ağdam haqda şeir oxudu - Video
../img/pics/medium/177092_48ti16mczi.jpg Türkiyə Prezidentinin təriflədiyi şəhid kəşfiyyatçı... - Anım
../img/pics/medium/177042_okw0v7nz1o.jpg Vətən müharibəsi ilə bağlı ordenlər və medallar təsis edilib
SON XƏBƏRLƏR
27 Noyabr 2020
26 Noyabr 2020

Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat köçürüb

Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat köçürüb<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı şanlı ordumuzun cəbhədəki zəfərlərini böyük sevinclə qarşılayır.

Teatrın kollektivi döyüşçülərimizin vətən uğrundakı qəhrəmanlıqlarını ürəkdən alqışlayır. Bununla bağlı teatrdan verilən açıqlamada bildirilir ki, qüdrətli Azərbaycan ordusunun işğalçı Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhəboyu böyük uğurla davam edir. Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələri hər bir soydaşımızda böyük ruh yüksəkliyi yaradır.

Azərbaycan ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən, müəssisə və təşkilatlar orduya hərtərəfli dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna 10000 manat vəsait köçürüb.


Bölmənin digər xəbərləri
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.