Düşməni lərzəyə salan
Döyüşlərdə qisas alan
Qalib gələn, zəfər çalan
Azərbaycan ordusudur.
Bu şanlı tarixi yazan -
Bizim Ali Baş Komandan
Bütün xalqım - vahid bir can
Azərbaycan ordusudur.
Biz qovuruq, qaçır düşmən
Vətənimi düşmənlərdən
Bircə-bircə təmizləyən
Azərbaycan ordusudur.
Qələbədir zaman-zaman
Xalqa fəxarət yaşadan.
Yurdu üçün keçən candan
Azərbaycan ordusudur.
Heyranam bu mətinliyə
Sinə gərib çətinliyə
Torpağına çıxan yiyə -
Azərbaycan ordusudur.
Doğub günəş, yox olub çən,
Candan əziz bizə vətən,
Ülviyə güc-qüvvət verən
Azərbaycan ordusudur.
Ülvi AYDIN