https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2024-04/311276_uky9bje22g.jpg "Şeirin taleyi haqqında son hökm oxucunundur..."
https://525.az/img/pics/medium/2024-04/311281_jxbis1b4yu.jpg Azərbaycanın təhsil sistemi milli təhlükəsizlik kontekstində
https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg Minnətdarlıq duyğusu - Qəzənfər Paşayev yazı
search
25 Aprel 2024

“Adidas” ermənilərə görə “Qarabağ”la əməkdaşlıqdan imtina edib? – Rəsmi açıqlama

“Adidas” ermənilərə görə “Qarabağ”la əməkdaşlıqdan imtina edib? – Rəsmi açıqlama

Rusiyada bəzi erməni jurnalistlər, eləcə də Ermənistan KİV-ləri “Adidas” şirkətinin “Qarabağ” klubu ilə əməkdaşlığı birtərəfli qaydada dayandırdığına dair məlumatlar yayıb. Buna səbəb kimi Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun sosial şəbəkədə ermənilərlə bağlı işlətdiyi fikirlər səbəb göstərilib.

Məsələ ilə əlaqədar “Qarabağ” klubunun direktoru Əmrah Çelikel Qol.az saytına açıqlama verib.
 
O bildirib ki, bununla əlaqədar onlar “Adidas”dan hər hansı rəsmi məktub almayıblar:

“Ona görə də olmayan bir şeyə münasibət bildirməyimiz doğru olmazdı. Amma onu qeyd etməyi vacib bilirəm ki, nə bizim “Adidas”dan, nə də “Adidas”ın bizdən asılacağı var. Yəni mövsümün əvvəli biz formamızı “Adidas”dan da, başqa bir şirkətdən də ala bilərik. Biz onlarla 3-5 illik deyil, 1 illik müqavilə bağlayırıq və buna uyğun olaraq komanda üçün formalarımızı alırıq. Onlar bizim sponsorumuz deyil. Bizim də bir-birimizlə uzunmüddətli bağlılığımız yoxdur ki, hansısa birimiz birtərəfli, yaxud qarşılıqlı şəkildə əməkdaşlığı dayandıraq. Ona görə də “Adidas” o sözləri deyə bilməz. Çünki gələn illə bağlı bizim əməkdaşlığımız yoxdur ki, “Adidas” “Qarabağ”la işləmirik desin”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.