https://525.az/img/pics/medium/2024-03/308276_6v9cixp5v4.jpg İnsan olmağın tək yolu
https://525.az/img/pics/medium/2024-03/308267_f619kgr6f3.jpg Doğma Dərələyəz
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
search
29 Mart 2024

Kinematoqrafçılardan Silahlı Qüvvələrimizə dəstək

Kinematoqrafçılardan Silahlı Qüvvələrimizə dəstək

"Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan müharibə həlledici mərhələdədir. İki il öncə ölkəmizdə ordu quruculuğunun  yeni mərhələsinin başlandığını elan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdi ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq - Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Artıq müstəqil Azərbaycanın hərbi gücü sayəsində dünya ölkələrində öz layiqli yer tutması danılmaz bir faktdır. Bütün sərvətlərə sahib olan ölkəmiz malik olduğu ordu gücü ilə də dünyaya öz sözünü  deməyə qadir olduğunu göstərdi, hətta son bir ayda başlayan müharibə ilə öz sözünü daha da kəskin şəkildə deməyi bacardı. Bu, artıq illərdir gözlədiyimiz, səbr etdiyimiz an idi".

525.az xəbər verir ki, bu cümlələr görkəmli kino və ədəbiyyat xadimi Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının yaydığı məlumatda yer alıb.

Məlumatda qeyd olunur ki, bu qurum da Azərbaycan Ordusuna edilən yardımlara qoşulub və Silahlı Qüvvələrə Yardım Fonduna 5 min manat məbləğində ianə edib.

Daha sonra məlumatda bildirilir ki, Ali Baş Komandanın əmrilə Azərbaycan ordusu düşmən işğalındakı Qarabağ  torpaqlarında haqq uğrunda müharibəyə başladı və artıq torpaqların xeyli hissəsi azad edilib:

"Hər gün qələbə xəbərləri eşidirik və bu bizi heç də təəccübləndirmir, çünki 30 ildir ki, səbr edirdik və bir gün bu addımın atılacağını bilirdik. Əlbəttə ki, güclü ordunun güclü xalq dəstəyinə hər an ehtiyacı var. İstər xaricdə yaşayan azərbaycanlılar, istər ölkə vətəndaşları Azərbaycan dövlətinə, Azərbaycan ordusuna dəstək aksiyalarına qoşuldu, dəstək kampaniyası davam edir. Və bu proses o zamana qədər davam edəcək ki, torpaqlarımız tam olaraq azadlığa qovuşacaq, Qarabağda abadlıq işləri başlayacaq, o torpaqlarda həyat qurulacaq, torpaq canlanacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.