|
|
|
|
"Ağ-Qara dünyam” adlı rəsm sərgisinin təqdimatı keçiriləcək
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi xüsusi istedada malik gəncləri tanıtmaq məqsədilə yeni layihəyə start verib. Fevral ayının 15-də saat 11:00-dan 17:00-dək “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi tərəfindən gənclər şöbəsinin təmsilçisi Elvin Süleymanovun “Ağ-Qara dünyam” adlı rəsm sərgisinin təqdimatı keçiriləcək. Təqdimat Xocalı faciəsinin ildönümü ərəfəsində keçirildiyi üçün sərgidə nümayiş olunan rəsm əsərlərinin satışı da təşkil olunacaq. Rəsm əsərlərinin satışından əldə edilən gəlir şəhid ailələri, qazilər və əlillərə yönəlik xeyriyyə aksiyasına sərf ediləcək.
Tədbir, Gəncliyə Yardım Fondunun akt zalında keçiriləcək.
Ünvan: Cəfərov qardaşları küçəsi 16, “İçəri şəhər” metrostansiyasının yaxınlığı