https://525.az/img/pics/medium/2024-04/310435_zkxmp9jitt.jpg “525-ci qəzet”in 18 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310432_mzsmdysfa8.jpg Ruhumuz, düşüncəmiz və ədəbiyyatımızda Şuşa möcüzəsi
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
17 Aprel 2024

"Böyük oyun"un cəzaları məlum oldu

"Böyük oyun"un cəzaları məlum oldu

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.Az-ın məlumatına görə, İK Topaz Premyer Liqanın son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

XXII Topaz Premyer Liqasının XX turunun “Xəzər Lənkəran” – “Neftçi” matçının 77-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün kluba 2000 manat cəza tətbiq edilib.

Oyunun 89-cu dəqiqəsində “Neftçi” klubunun 4 nömrəli futbolçusu Tərlan Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun futbolçusu Karlos Kardoso aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimələnib.

Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 16 nömrəli futbolçusu Bruno Bertuççi aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cəza kəsilib.

Oyunun 90+4-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 55 nömrəli futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oyunda “Neftçi” klubunun 22 nömrəli futbolçusu Mahir Şükürov azarkeşlərə təhqiredici jest göstərdiyinə görə 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimələnib.

Oyundan sonra “Neftçi” klubunun futbolçuları dəhlizdə stadionun bir neçə inventarını sındırıb. Bu səbəbdən stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında “Neftçi” klubu ödəmə edəcək.

“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov KİV-də AFFA əməkdaşlarının (FİFA hakimi Əliyar Ağayev və FIFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyinə görə adıçəkilən şəxs 10 oyunluq cəzalanıb, klub 20000 manat cərimə edilib. Verilmiş cəza adıçəkilən şəxsin mövcud cəzasının üzərinə əlavə edilir.

Həmçinin XXII Topaz Premyer Liqasının XX turunun AZAL – “Sumqayıt” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

XXII Topaz Premyer Liqasının XX turunun “Qəbələ” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Oyunun 80-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün kluba 2000 manat cəza kəsilib.

XXII Topaz Premyer Liqasının XX turunun “Rəvan” – “İnter” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 44-cü dəqiqəsində “Rəvan” klubunun 19 nömrəli futbolçusu Hüseyn Axundov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.