2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.
525.az xəbər verir ki, bu barədə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildirilib.
Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2 dəfə artıb.
İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 110 Türkiyə vətəndaşı səfər edib.
Ümumilikdə, hesabat dövründə 7 600 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 46,7 faiz azdır.