Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB-nin keçirdiyi əməliyyət tədbirləri nəticəsində, Bakı şəhər sakini Namiq Həsənovdan 0,76 qram marixuana aşkar olunaraq götürülüb, ona narkotik vasitəni satan Təbriz Xəlilov da tutulub.
Sabunçu RPİ Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi əməliyyət tədbirləri nəticəsində, Bakı şəhər sakini Nazim Mustafayevdən 450,8 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.