Sabunçu Rayonu İcra Hakimiyyəti Bakının Ramana qəsəbəsindəki qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsi üçün açıq tender elan edib.
626.az xəbər verir ki, iddiaçılar ilkin sənədləri dekabrın 7-si, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1 faizi qədər bank təminatını isə dekabrın 15:00-i, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi dekabrın 16-da, 12:00-da portalda açıqlanacaq.
Qeyd edək ki, tenderdə iştirak haqqı 300 manat təşkil edir.