https://525.az/img/pics/medium/2024-03/307360_7am8m7esoh.png "Zəfər abidəsi" ruhumuzun abidəsidir
https://525.az/img/pics/medium/2023-04/263333_b6bcw5udnj.jpg Kamil Vəli Nərimanoğlunun son arzuları - Əli Şamil yazır
https://525.az/img/pics/medium/2022-02/217791_39zaqiclvy.jpg Paris-Afina-Tbilisi-İrəvan marşrutu ilə Fransadan Ermənistana silah-sursat - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2023-10/289144_y5l42v7hbi.jpg İrəvanda anadilli mətbuatımızın təməl daşı: 110 yaşlı "Ləklək"
search
19 Mart 2024
18 Mart 2024

Müğənni Rəqsanə: "Orucumu tuturam, haram işlərdən çəkinirəm"

Müğənni Rəqsanə: "Orucumu tuturam, haram işlərdən çəkinirəm"

Müğənni Rəqsanənin Faiq və Fərid Azayev qardaşlarına qarşı qaldırdığı iddaya əsasən Nərimanov rayon Məhkəməsində ilk proses keçirilib.

ANS PRESS-in məlumatına görə, prosesə qatılan Rəqsanə qardaşlar tərəfindən ona təzyiq göstərildiyini və ailə üzvlərinin də bundan əziyyət çəkdiyini hakimin ona verdiyi çıxışı zamanı bildirib.

"Çıxış öncəsi məhkəmə çəkişməsində iştirak etdiyim üçün daxili narahatlığımı gizlədə bilmədim. Amma bir qadın üzərində gücünü göstərən, davamlı olaraq ona və ailəsinə təzyiqlər göstərən insanların bu azmış kimi yalan danışmalarını birlikdə sübuta yetirmək istədim. Dəllilər var və məhkəmədə təqdim edilir. Hər şey sübuta yetirilsin, bu mənə bəsdir. Çıxış zamanı hakim Sevinc xanım barəmdə söylədi ki, "sən kişi kimi qadınsan, başına bu qədər oyunlar gəlir, amma sonda əfv etməyi bacarırsan". Çıxışımın davamı olaraq bildirdim ki, mən tək Allaha sığınıb, ona inanan adamam. Orucumu tuturam, haram işlərdən çəkinirəm. Tanrım bağışlayandır, mən niyə əfv etməyim. Həm də ictimaiyyətin tanıdığı insanam, anayam. Tək özümü deyil, bu tərəflərini də düşünürəm. İstədiyim budur ki, adıma, övladlarımın adına xələl gətirilməsin. Bir də zəif cinsin nümayəndəsi ilə bu cür davranılmasın. Məqsədim yalnız budur" - deyən Rəqsanə məhkəmə prosesinin hələ davam edəcəyini söylədi.

Amma o, hakimin tövsiyəsi ilə növbəti iclasa vəkilini nümayəndə qismində göndərəcəyini bildirdi:

"Allaha şükür yeni mövsümə çoxlu planlarla başlamışam. Vaxtımı məhkəmə salonunda deyil, yaradıcılıq işimin üzərində keçirmək istəyirəm. Ümid edirəm ki, haqq-ədalət yerini alacaq".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.