“BP şirkəti Mərkəzi Asiya ölkələrində xam neft hasilatını dayandırarsa, İran yaranacaq enerji kəsirini aradan qaldırmaq üçün Azərbaycana yardım etməyə hazırdır”.
APA-nın “Fars” xəbər agentliyinə istinadən xəbərinə görə, bunu həftəlik mətbuat konfransında İran XİN-in nümayəndəsi Ramin Mehmanpərəst deyib.
Onun sözlərinə görə, İran qonşu ölkələrlə münasibətlərdə bütün potensialdan istifadə etməyə çalışır: “Biz dəfələrlə qonşularımızı ən çətin vaxtlarında dəstəklədiyimizi nümayiş etdirmişik”.
İran rəsmisi Qərb ölkələrini bölgədə qeyri-stabillik yaratmaq və region ölkələrinin resurslarını qarət etmək cəhdlərində ittiham edib.