https://525.az/img/pics/medium/2023-10/289144_y5l42v7hbi.jpg İrəvanda anadilli mətbuatımızın təməl daşı: 110 yaşlı "Ləklək"
https://525.az/img/pics/medium/2024-03/307218_8ptmqq5r42.jpg Təbib olsam...
https://525.az/img/pics/medium/2024-03/307352_h968sw1thd.jpg “525-ci qəzet”in 19 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-03/307220_ksostchfr2.jpg Kim daha çox xoşbəxt olar?! - Rəvan Cavid yazır
search
18 Mart 2024

"Qalatasaray" klubunun prezidenti şəhidimizdən danışdı

"Qalatasaray" klubunun prezidenti şəhidimizdən danışdı

Türkiyənin "Qalatasaray" klubunun prezidenti İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursonov barədə danışıb.

525.az "Report"a istinadən xəbər verir ki, 71 yaşlı funksioner bu ifadələri işlədib:

"Komandaya azarkeşlik etmək anlatılmaz bir hissdir. Yağışda, palçıqda matça gələn insanlar var. Fərid Dursunovun atası ilə danışdım. Bakıdan çox uzaq yerdə yaşayırlar. Allah heç kimə övlad acısı verməsin. Sıra ilə ölüm versin. Atəş düşdüyü yeri yandırar. Atası Fazil bəy ilə danışdım, çox sevindi. Eyni duyğuları mən də yaşadım. "Övladım yaşasaydı çox xoşbəxt olardı" dedi. Bu bir tutqudur. İnsan sadəcə maddi şeylərlə yaşaya bilməz. Bu şəhidimiz bizi çox duyğulandırdı. Milli duyğuları bir araya gətirdi. Nur içində yatsın. Allah qəni-qəni rəhmət eləsin".

Qeyd edək ki, daha əvvəl "Qalatasaray" klubu Fərid Dursunov və Murad Məmmədovla bağlı paylaşım edib. Dursunov vəfat etməzdən əvvəl “Şəhid olsam, məzarımda "Qalatasaray" bayrağı da olsun" ifadəsini işlədib.

Məmmədovun isə səs yazısı yayılıb. O, həmin səs yazısında bu ifadələri işlədib:

"Bu, "Qalatasaray" sevgisidir, əzizim. Bitən deyil. Mənimlə qəbr evinə qədər gedəcək".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.