|
|
|
|
Bu gün Bakı Metropoliteninin “Azadlıq prospekti” metro stansiyası yaxınlığında - Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilidə baş verən partlayış zamanı yaralanan şəxslərin adları açıqlanıb.
Bakı İstanbul Tibb Mərkəzindən APA-ya verilən məlumata görə, 1961-ci il təvəllüdlü Səadət Ağayeva sağ baldırın travması ilə Bakı İstanbul Tibb Mərkəzinə yerləşdirilib: “Xəstə hazırda xəstəxanadadır. 1961-ci il təvəllüdlü Afiyət İbadova isə yanıq xəsarətləri olduğu üçün birinci dərəcəli yanıq (üz yanığı), sol təpə gicgahının kəllə-beyin travması diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilən 24 yaşlı Tərlan Kazımov isə sağ budunun yumşaq toxumasının əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə rentgen olunub və evə göndərilib.