525.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən saat 16.30 radələrində Yevlax şəhəri ərazisindəki maye-qaz doldurma məntəqəsində, orada işləyən Elbrus Abdullayev məişətdə istifadə olunan qaz balonunu doldurarkən partlayış baş verib.