|
|
|
|
Türkiyənin sabiq Baş naziri, Gələcək Partiyanın sədri Əhməd Davudoğlu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
525.az-ın xəbərinə görə, bu barədə Ə. Davudoğlu “Twitter”də bildirib.
“Bu gün COVID-19 testimin nəticəsi pozitiv çıxdı. Ümumilikdə vəziyyətim normaldır. Karantin müddəti ərzində partiya ilə bağlı fəaliyyətim evdən davam edəcək” – deyə sabiq Baş nazir qeyd edib.