Bakının Üzeyir Hacıbəyov küçəsində yeni 6-mərtəbəli parkinq binası tikilib.
Day.Az-ın məlumatına görə, bina artıq hazırdır, lakin hələ ki, istifadəyə verilməyib.
Parkinq təxminən 200 avtomobil üçün nəzərdə tutulub. Parkinq xidmətinin ilk 15 dəqiqəsi pulsuzdur. Bir saat - 1 manat, 1-3 saat - 2 manat, 3-6 saat - 3 manatdır.
Obyekt noyabrın 1-də istifadəyə veriləcək.