Fransa hökuməti ATƏT-in Minsk Qrupunun həmsədri olan digər ölkə ilə birlikdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etməyi planlaşdırır.
Bu barədə APA-ya Fransanın Azərbaycandakı səfiri Paskal Monye məlumat verib.
O, hazırda bununla bağlı müzakirələr getdiyini bildirib: “Müzakirələrin detallarını bilmirəm. Görüş Parisdə də ola bilər, başqa şəhərdə də”.
Səfir qeyd edib ki, Fransa hökuməti ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə sadiqdir.