https://525.az/img/pics/medium/2024-04/310307_ikq16fbueg.jpg “525-ci qəzet”in 17 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310206_nzabxr6ypc.jpg İgid Kəngərli süvarisi Kərim ağa Şahtaxtinski
https://525.az/img/pics/medium/2023-10/288649_kygy3lxeql.jpg Qəfil yada düşənlər - Aydın Tağıyev yazır
https://525.az/img/pics/medium/2024-04/310290_6v4mu9weea.jpeg Xalq yazıçısı Anarla Sabirabadda görüş
search
16 Aprel 2024

“Eurovision 2012” təmsilçisi “Sarı gəlin”ə klip çəkdirəcək

“Eurovision 2012” təmsilçisi “Sarı gəlin”ə klip çəkdirəcək

Latviyanı Azərbaycanda keçirilən “Eurovision 2012” mahnı müsabiqəsində təmsil etmiş Anmari Azərbaycana gəlib.

APA-nın məlumatına görə, təmsilçinin ölkəmizə səfəri sentyabrın 7-dən 10-a kimi Masallı şəhərində keçiriləcək Beynəlxalq Folklor Festivalında iştirak məqsədi daşıyır. Təmsilçi yenidən Azərbaycanda olmağından məmnunluğunu dilə gətirib. Müğənni onu da açıqlayıb ki, “Eurovision 2012”də Bakıdan getdikdən sonra repertuarına 5 Azərbaycan mahnısı əlavə edib. Anmari Azərbaycan musiqisini çox sevdiyini və məhz bundan irəli gələrək “Sarı gəlin”, “Üzüyümün qaşı firuzədəndir”, “Sən gəlməz oldun”, “Gəl ey səhər” mahnılarını ifa etdiyini qeyd edib:
 
“Artıq ölkənizə olan sevgimdən, bu mədəniyyətə aşiq olmağımdan danışmaq artıqdır. May ayında ölkənizin mədəniyyətinin, tarixinin, insanlarının möhtəşəmliyinin şahidi oldum. Sevinirəm ki, yenidən bu ölkəyə gəlmək şansı qazandım və bu dəfə yeni bir yeri kəşf edəcəyəm. May ayında bir neçə bölgədə oldum, bu sırada Qəbələ də var idi və oranın təbiətinə vuruldum. Həmin dövrdə də mən bu ölkəyə düşəndə Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa etdim və bu möhtəşəm musiqini ekranlaşdırmaq istəyirəm”. Anmari “Sarı gəlin”ə Azərbaycanda klip çəkdirəcək. Bununla bağlı artıq müəyyən işlərin görüldüyünü deyən müğənni, bu işin tezliklə reallaşacağını vurğulayıb. Latviyalı sənətçi digər mahnılarımızı da növbəti albomuna daxil etmək niyyətində olduğunu açıqlayıb.


Anmari ötən gün Bakıya gəlib. Müğənni sabah Masallıya gedəcək və Beynəlxalq Folklor Festivalında iştirak edəcək. Festivalda Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya ölkələrindən folklor qruplarının iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, latviyalı müğənni Bakıda keçirilən “Eurovision 2012” mahnı müsabiqəsi zamanı keçirilən mətbuat konfranslarında, qonaq olduğu verilişlərdə Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i dəfələrlə ifa edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.