Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 17, mənzil 29-da 1943-cü il təvəllüdlü Vera Kərimovanın meyiti tapılıb.
Meyitə ilkin baxış zamanı onun boğularaq öldürüldüyü məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci) maddəsi ilə iş başlayıb. Qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.