Daxili İşlər Nazirliyi (DİN) Lökbatanda baş verən kütləvi zəhərlənmədə ölən qadınla bağlı məlumat yayıb. 525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 5-də Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Natalya Məmmədova mənzilində dəm qazından zəhərlənərək ölüb.
Qeyd edək ki, martın 5-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində yerləşən dörd yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub. Nəticədə 100-dən çox sakin həkimə müraciət edib. Hadisə baş verən əsnada qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı pisləşib. Ailə üzvləri dərhal təcili tibbi yardım çağırsalar da, qadının həyatını xilas etmək mümkün olmayıb.