“Bugünkü reallıq ondan ibarətdir ki, gənclər humanitar elmlərə daha çox maraq göstərirlər. Əgər bu gün humanitar elmlərlə fundamental-təbiət elmlərinin müqayisəsini aparsaq görərik ki, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclər humanitar sahələrə daha çox maraq göstərirlər”.
Bunu 525.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov deyib.
Rektor bildirib ki, son 10 ildə iki sahə arasındakı bu nisbət müsbətə doğru artıb: “Gənclərin artıq təbiət və fundamental elmlərə marağı artır. Arzu edərdim ki, kənd təsərrüfatı sahəsinə də maraqlar artsın. Müsbət dinamikanın o sahədə yayılmasında dövlətin diqqət və qayğısının, hazırlanan strateji sənədlərin müəyyən təsiri olacaq”.
S.QARAYEVA