Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
Mərkəzdən Lent.az-a bildirilib ki, Novruz bayramı və tətil günləri ilə əlaqədar olaraq bölgələrə səfər edənlərin çox olması səbəbindən axşam saatlarında Bakı-Sumqayıt şosesində yarana biləcək sıxlığı nəzərə alaraq səfərlərin daha erkən saatlara planlaşdırılması tövsiyə olunur.
Qeyd edək ki, martın 18-dən etibarən Bakıda və Respublikanın magistral yollarında nəqliyyatın intensivliyi xeyli artıb.