Azərbaycanda yeni, tələbələr üçün bütün beynəlxalq tələblərə cavab verən yataqxanaların tikintisi planlaşdırılır.
Bu barədə 525.az-a təhsil nazirinin müavini Qulu Novruzov məlumat verib. Nazir müavini bildirib ki, tələbə yataqxanalarında yaşayan qaçqın və məcburi köçkünlərin köçürülməsi prosesi artıq başlanıb. İnfrastrukturu lazımi tələblərə cavab verən yataqxanalar təmir olunacaq, digərləri isə söküləcək və onların əvəzinə yeniləri tikiləcək.