Ümumukrayna Yəhudi Konqresinin prezidenti Vadim Rabinoviç prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, namizədliyini irəli sürməsini belə əsaslandırıb: «Dünyada yayılan Ukraynadakı antisemit mifini dağıtmaq üçün namizədliyimi irəli sürmüşəm. Bu gün birləşmək lazımdır, mən isə birləşdirici namizədəm. Mən hakimiyyət hərisi deyiləm. Sadəcə ölkəmə yardım etmək istəyirəm».
Vadim Rabinoviç özü namizədliyini sürən prezidentliyə 4-cü iddiaçıdır. Onlardan hələlik birinin, ölkə baş prokurorunun keçmiş müavini Renat Kuzminin namizədliyi qeydə alınıb.
Namizədlərin irəli sürülməsi martın 30-da başa çatır. Aprelin 4-ü sənədlərin qeydiyyatının sonucu günüdür.