|
|
|
|
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyinin iclası keçirilib.
AYB-nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı vəzifəsindən azad olunub.
Onun yerinə “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli təyin olunub.
İclasda “Ulduz” jurnalının baş redaktoru vəzifəsinə təyinatla bağlı məsələyə də baxılıb.
Jurnalın baş redaktor müavini, şair Qulu Ağsəs “Ulduz” jurnalının baş redaktoru vəzifəsinə təyinat alıb.
Birlikdən əlavə ediblər ki, Ayaz Vəfalı vəzifədən öz ərizəsi ilə azad olunub.