Erməni silahlı qüvvələri Tovuz rayonun Əlibəyli kəndini intensiv atəşə tutublar.
Kənd sakinlərinin APA-nın qərb bürosuna verdikləri məlumata görə, saat təxminən 22.30 radələrindən başlayaraq ermənilər iri çaplı silahlarla kəndi atəşə tutublar. Hazırda atışma davam edir. Sakinlərin bildirdiklərinə görə, son 6 ayda belə intensiv atışma olmayıb. Məlumata görə, Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurmağa çalışır.