Türkiyənin müdafiə sənayesi katibi (müstəşar) Murad Bayar vəzifəsindən azad edilib.
APA-nın məlumatına görə, M. Bayarın vəzifəsindən azad edilməsi barədə qərar bu gün «Resmi Qazete»də yayımlanıb.
M. Bayarın rəhbərlik etdiyi nümayəndə heyətinin martın 11-də Azərbaycana səfəri planlaşdırılsa da, sonradan səfər aprel ayına təxirə salınmışdı.
Qeyd edək ki, 1989-cu ildən SSM-də çalışan M. Bayar 2004-cü ildən Müdafiə Sənayesi Katibliyinin rəhbəri vəzifəsini tutub.
Türkiyə mediasında yer alan məlumatlara görə, onun prezidentin baş müşaviri və ya Kanadada səfir təyin olunması gözlənilir.